7 C
Baku
Sunday, December 15, 2024

Tahir Mirkişili: “Bu il Azərbaycanda ÜDM-in artım tempi azalacaq”

Bu il bütün dünyada və Azərbaycanda ÜDM-in artım tempinin azalması gözlənilir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında deyib.

Onun sözlərinə görə, ÜDM-in artım tempinin Azərbaycanda aşağı olması məntiqə uyğundur: “Bu dünyada gedən prosesdir. Amma bu büdcə daxilolmalarına təsir edən amillərdən biridir”.

T. Mirkişili bildirib ki, dünyada baş verən proseslər fonunda Azərbaycanda büdcə gəlirləri 3 milyard manatdan çox artırılır: “Ölkəmizin qarşısında çox ciddi çağırışlar var”.

Qeyd edək ki, Azərbaycan hökumətinin yenilənmiş proqnozlarına əsasən, 2023-cü il üzrə ÜDM-in nominal həcmi 111.6 milyard manat (ilkin proqnoz 106 milyard manat idi), real artım 1.8 % (2.7 %) səviyyəsində qiymətləndirilir.

O cümlədən qeyri-neft ÜDM-nin nominal həcmi 77.7 milyard manat (ilkin proqnoz – 73.3 milyard manat), real artım 4.9 % (4.5 %) səviyyəsində proqnozlaşdırılır.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda ÜDM artımı 4.6 % təşkil edib, o cümlədən qeyri-neft sektoru 9.1 % artıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər