“Bütün dünyada olduğu kimi bu virusun Azərbaycanda da sahibkarlıq subyektlərinə təsirsiz ötüşməyəcəyi məlumdur”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi Tahir Mirkişili deyib.
Koronavirusun xüsusən turizm və nəqliyyat kimi sahələrə ciddi təsir göstərəcəyini qeyd edən T. Mirkişili bildirib ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi dövlət siyasətidir: “Bu vəziyyətdən sahibkarların ən az ziyanla çıxması üçün sahibkarların da bir-birinə tətbiq edəcəyi güzəştlər önəmlidir”.