13 C
Baku
Saturday, November 23, 2024

Tahir Mirkişili: “Dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatı yaranıb”

Qarabağ və Şərgi Zəngəzurda tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin artırılması, infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyət, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, bəzi xidmətlər üzrə verilən subsidiyalarla bağlı xərclər və zəruri hesab olunan digər istiqamətlər üzrə vəzifələrin icrası üçün dövlət büdcəsi qarşısında əlavə 3 796,1 milyon manat maliyyə tələbatı yaradıb.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında – “2024-cü il dövlət büdcəsi haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Qeyd olunan maliyyə tələbatının gözlənilən artımı dövlət büdcəsinin yenilənmiş proqnozlara əsasən gəlirlərinin, büdcə kəsirinin böyüdülməsi, təsdiq olunmuş büdcənin bəzi xərclərinin optimallaşdırılması və yerdəyişməsi nəticəsində formalaşan sərbəst vəsait hesabına qarşılanması nəzərdə tutulur”, – deyə o qeyd edib.

“Bütün bu deyilənləri nəzərə alaraq yenidən baxılan dövlət büdcəsinin gəlirlərinin 2 milyard 180 milyon manat artırılaraq 36 milyard 353 milyon manata, xərclərinin 2 milyard 944.3 milyon manat artırılaraq 39 milyard 707,3 milyon manata, kəsirin 764,3 milyon manat artırılaraq 3 milyard 354,3 milyard manata çatdırılması təklif olunur. Eyni zamanda qeyd etmək istərdim ki, komitə iclasında aparılan müzakirələr, tərəfimizdən aparılan təhlillər, bu ilin 4 ayının dövlət büdcəsi icrası göstəriciləri dövlət büdcəsi gəlirlərinin ilin sonuna proqonozlaşdırılan göstəricidən daha da çox olacağını deməyə bizə əsas verir. Komitə iclasında deputatlar proqnozlar ilə gəlilərin hesablanmasında daha dəqiq metodların tətbiq edilməsinin vacibliyini qeyd ediblər”, – deyə deputat vurğulayıb.

“Eyni zamanda, qanun layihəsinə dair izahatda 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma nəticəsində dövlət büdcəsinin gəlir və xərclərinin ilin sonuna gözlənilən icra göstəriciləri nəzərə alınaraq icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti, eləcə də dövlət borcunun ÜDM-ə nisbəti müəyyən edilmiş hədlər daxilində təmin olunacağı göstərilib”, – deyə T.Mirkişili əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər