9 C
Baku
Sunday, November 17, 2024

Tahir Mirkişili: “Son 20 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb”

Son 20 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb və bu artımda bank sektorunda investisiyalar mühüm rol oynayıb.

Bunu Milli Məclisin İqtisadi siyast, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu komitənin iclasında deyib.

“Hazırda Azərbaycanda 24 bank fəaliyyət göstərir, onların 45 milyard manata yaxın aktivləri var. Bankların Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20 milyon manata yaxındır ki, bu da ÜDM-in 18 %-ni təşkil edir. Son bir ildə Azərbaycanda nağdsız əməliyyatlar da 1.9 dəfə artıb.

Təkcə aprel ayında 3.2 milyon manat nağdsız əməliyyat olub ki, onun 80 %-ə yaxını elektron ticarətlə bağlıdır”, – deyə T.Mirkişili əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər