27 C
Baku
Saturday, July 20, 2024

Tahir Mirkişili: “Son 5 ildə sosialyönümlü xərclər 4.4 mlrd. manat artıb”

Son 5 ildə Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri 4.4 milyard manat artıb.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qurumun bugünkü iclasında müzakirə edilən “2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən bildirib.

Onun sözlərinə görə, təkcə ötən il büdcə xərclərinin 36.1 %-ni və yaxud 11 576.9 milyon manatını sosialyönümlü xərclər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1 280.3 milyon manat və yaxud 12.4 % çoxdur.

“2018-ci ilə nisbətən isə sosialyönümlü xərclərin büdcə xərclərində xüsusi çəkisi 4.4 faiz bəndi artıb, məbləğ olaraq isə 4 380.4 milyon manat və yaxud 1.6 dəfə artım olub”, – deyə deputat qeyd edib.

“2022-ci ildə sosialyönümlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 7 465.7 milyon manat (2021-ci illə müqayisədə 970.7 milyon manat və yaxud 14.9 % çox), sosial ödənişlər üzrə xərclərə 3 550.7 milyon manat (2021-ci illə müqayisədə 309.6 milyon manat və yaxud 9.6 % çox), ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 466.5 milyon manat (2021-ci illə müqayisədə 69.6 milyon manat və yaxud 17.5 % çox), dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə 94.1 milyon manat vəsait yönəldilib”, – deyə T.Mirkişili qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər