1 C
Baku
Saturday, December 14, 2024

Tailand əcnəbi turistlər üçün pulsuz sığortanın müddətini uzadıb

Tailandın Turizm və İdman Nazirliyi əcnəbi turistlər üçün pulsuz sığorta proqramının müddətinin 2024-cü il dekabrın 31-dək uzadıldığını açıqlayıb. Pilot layihə ilkin variantda yalnız avqustun 31-dək fəaliyyət göstərməli idi.

Turizm və İdman Nazirliyinin bəyanatında deyilir: “Turizm siyasətinin şərtlərinə görə, hər ölüm halında ailəyə 1 milyon bat kompensasiya hüququ verilir. Orqanların itirilməsi və ya daimi əlilliklə nəticələnən hadisələr 300.000 bat məbləğində sığortalanır. Qəzalar nəticəsində yaranan tibbi xərclər, maksimum 500 min bata qədər faktiki xərclər əsasında ödənilir. Tailand sığorta mühafizəsi sxemini uzatmaqla əcnəbi səyahətçilərin təhlükəsizliklə bağlı inamını artırmağı hədəfləyir”.

Tailandın turizm və idman naziri Sermsak Ponqpanit bildirib ki, sığorta kampaniyası bu ölkədə cinayətlər və təbii fəlakətlər kimi fövqəladə hallar baş verdikdə əcnəbi turistlərə kömək edir. Bununla belə, turistlərin öz sığorta polisi varsa və ya turizm operatoru öz müştərilərini müstəqil şəkildə sığortalayırsa, heç bir təzminat tətbiq edilmir.

Layihə bu ilin əvvəlindən qüvvədədir və məxsusi tibbi sığortası olmayan fərdi səyahətçilər üçün nəzərdə tutulub. Əcnəbi şəxs maddi təzminat tələb etmək üçün bu ölkəyə səfərinin turist məqsədlərini göstərən qeydi olan pasport təqdim etməlidir. Ödənişlər üçün ərizə 15 gün ərzində təqdim olunmalıdır.

Son xəbərlər
Digər xəbərlər