25 C
Baku
Monday, April 29, 2024

Tailand 3 texnologiya nəhəngindən $5 mlrd.-lıq investisiya gözləyir

Tailandın baş naziri Sretta Tavisin bildirib ki, “Tesla”, “Google” və “Microsoft” Tailanda 5 milyard dollar investisiya edəcək.

Bu barədə “Reuters” yazıb.

Məlumata görə, bu vəsaitlərin ölkə iqtisadiyyatına nə vaxta qədər yatırılacağı, 5 milyard rəqəmin siyahıya alınan şirkətlərin hər birinin investisiyalarının həcminə, yoxsa onların ümumi həcminə aid olduğu açıqlanmır. Bu barədə Tavisin BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsindən sonra açıqlamalar verib.

“Tesla” elektrik avtomobillərinin istehsalı imkanlarını araşdıracaq, “Microsoft” və “Google” orada məlumat mərkəzlərinin yerləşdirilməsi imkanlarını nəzərdən keçirirlər”, – siyasətçi vurğulayıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər