9 C
Baku
Sunday, November 17, 2024

Tailand Azərbaycandan xam neft alışını 8 dəfə artırıb

Tailand bu il Azərbaycandan xam neft idxalını 8 dəfəyə yaxın artırıb.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Cənub-Şərqi Asiya ölkəsi cari ilin ilk 6 ayı ərzində 376.88 min ton həcmində xam neft alıb.

Tailanda ixrac edilmiş xam neftin dəyəri isə 234.24 mln. dollar təşkil edib.

Beləliklə, miqdar baxımından ixrac 674%, dəyər isə 798% illik artım göstərib. Miqdar dinamikasının dəyər dinamikasından daha yüksək artımına səbəb cari ildə qiymətlərin öncəki ildən bir qədər baha olmasıdır.

Belə ki, keçən il bir tonu 536 dollar olan xam neft cari ildə 621 dollar təşkil edib. Bu da qiymətlərin öncəki ildən ortalama 16% daha baha olması anlamına gəlir.

Son xəbərlər
Digər xəbərlər