29 C
Baku
Thursday, May 30, 2024

Tailand haqqında faktlar

Tailandda olan bütün pişiklər Siam pişikləridir, düzünə qalsa elə itlər, pişiklər, xoruzlar, ilanlar və qalan bütün heyvanat aləmi də. Axı Tailand 1939-cu ilə qədər Siam adlanıb.

Siam sözünün mənşəyi əsrlərin dərinliyində gizlənir. Belə güman edilir ki, kxmer dilindəki “syama” sözündən götürülüb, mənası isə qəhvəyi və ya qızılı deməkdir.

Tailand sözünün mənşəyini izah etmək isə daha asandır: land «ölkə» deməkdir, tai isə “azad”. Siam-Tailand Cənub Şərqi Asiyada yeganə ölkədir ki, heç zaman koloniyaya çevrilməyib. Tayların (tailandlıların) həyatında ən vacib anlayışlardan biri “sanuk”dur, yəni bu onların ən görmək istədikləri işlərdir. Tailandlını istəmədiyi bir şeyi etməyə məcbur etmək mümkün deyil. Bu halda onların sizə yalnız bir cavabı olacaq – «maysanuk», yəni «həvəsim yoxdur» (kefim yoxdur).

Tailandda hər bir kişi ömrünün bir hissəsini rahib (monax) kimi yaşamalıdır. Bu müddət bir gündən –bir neçə onilliyə qədər ola bilər. Tailandda monaxlar müqəddəs hesab edilir. Onlara toxunmaq olmaz. Şəhərlərdə tez-tez monaxlar üçün nəzərdə tutulmuş məxsusi yerlərə rast gəlmək mümkündür (məsələn, gözləmə zallarında, hava limanlarında və s).

Tailand dövlətinin başlıca müqəddəs ziyarətgahı – Zümrüd Budda heykəlidir. O, Bankoq şəhərində Vat Prakeo monastırında saxlanılır. Heykəlin yaranması tarixi olduqca dumanlı və qarışıqdır.

Tailandlılar xoruz döyüşdürməyi çox sevirlər. Bankonqda xüsusi dükan vardır ki, burda xoruzlar üçün “taxma dimdik”, quşlar üçün nəzərdə tutulmuş mühafizə əlcəkləri, elastik bintlər, hətta xoruzları məşq etdirmək üçün mexaniki qaçış xalçası də almaq mümkündür.

Əksər boksçular “muay tay” – tay boksu ilə yaxşı tanışdır. Əvvəllər döyüşçülərin əllərini madyan dərisi ilə sarıyırdılar, tullanma, hoppanma hərəkətlərinə icazə verilirdi. Hətta rəqibi dişləmək də (qasığa zərbə vurmaq) olurdu. İndi isə bunlar qadağandır.

Taylar buddizmlə yanaşı, həm də animist təriqətinə də inanırlar, yəni onlar qeyri maddi ruhların maddi dünyada təzahürünə inanırlar. Ruhlar hər yerdə yaşayırlar. Onlar çün xüsusi evciklər hazırlanır.

Hər bir taylının ayrıca ruhu vardır –kxuan. Onun “evciyi” isə insanın başındadır. Ona görə də tailandlının başına heç bir halda toxunmaq olmaz: bu ruha qarşı hörmətsizlik kimi qəbul olunur.

Tailandda 175-dən artıq ilan növü yaşayır, onlarda 85-i zəhərli ilanlardır. Zəhər əleyhinə zərdab hazırlanması üçün at qanından istifadə olunur. At artıq donorluq etmək üçün yararlı olmayanda onu “təqaüdə çıxararaq” xüsusi fermaya göndərirlər, onları fermada bundan sonrakı həyatı dövlət tərəfindən təminat altında keçir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər