Tailand hakimiyyəti COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyətin vaxtını daha iki ay uzadıb, maska rejimini qüvvədə saxlayıb və bir illik fasilədən sonra gecə klubları və masaj salonlarının yenidən açılmasına icazə verib.
Bu barədə cümə günü Banqkokda Hökumət Evində keçirilən brifinqdə Tailand hökumətinin COVID-19-la Mübarizə və Nəzarət Mərkəzinin rəsmi nümayəndəsi doktor Thavisin Visanuyothin bildirib.