13 C
Baku
Friday, November 22, 2024

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün daimi əsasda etibarlı olacaq vizasız giriş rejimini təsdiqləyib.

“Bangkok Post” qəzeti bu barədə Tailand Nazirlər Kabinetinə istinadla məlumat yayıb.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Tailand hakimiyyəti pilot layihə çərçivəsində Qazaxıstan pasportuna malik şəxsləri viza prosedurundan azad edib. Bundan sonra Qazaxıstan vətəndaşları üçün vizasız rejim vaxt məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Tailand Turizm İdarəsinin məlumatına görə, ötən il ölkəyə 172 min qazaxıstanlı səfər edib, bu ilin sonunadək isə onların sayının 220 mini ötəcəyi gözlənilir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər