27 C
Baku
Monday, July 28, 2025

Tailand Kambocaya hava zərbələri endirib və sərhədi bağlayıb

Bu gün səhər saatlarında Tailand və Kamboca sərhədində silahlı toqquşma baş verib. Tailand ordusunun məlumatına görə, Kamboca əsgərləri atəş açıb, iki Tailand əsgəri yaralanıb. Öz növbəsində Kamboca Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, qoşunlar yalnız özünümüdafiə üçün cavab tədbirləri görüblər.

Tailand səlahiyyətliləri deyirlər ki, Kamboca da artilleriyadan istifadə edib. Tailandın Surin əyalətinin Kabçainq rayonunun rəhbəri Suttirot Çaroenthanasak “Reuters” agentliyinə bildirib ki, mərmi yaşayış evinə düşüb, iki nəfər ölüb.

Kamboca Müdafiə Nazirliyi “Tailandın ehtiyatsız və qəddar hərbi təcavüzünü” pisləyib. Kambocanın keçmiş Baş naziri Hun Sen vətəndaşları sakit olmağa çağırıb. “Biz bütün kambocalıları hökumətimizə və cəbhə xəttində olan silahlı qüvvələrimizə etibar etməyə çağırırıq. Hər kəsdən xahiş edirik ki, sakit qalsınlar və hər zamanki kimi gündəlik fəaliyyətlərini davam etdirsinlər”, – deyə o, sosial mediada yazıb.

Son xəbərlər
Digər xəbərlər