12 C
Baku
Saturday, November 23, 2024

Tailand ölkədə kriptoturizmi inkişaf etdirəcək

Tailand hökuməti turistlər üçün rəqəmsal tokenlər buraxacaq.

Banker.az xəbər verir ki, məlumata görə, varlı səyahətçilərin köməyi ilə ölkə koronavirus məhdudiyyətlərindən sonra turizm sənayesini canlandırmağa ümid edir.

Turizm Idarəsinin (TAT) rəhbəri Yutasak Supasornun sözlərinə görə, bu, pandemiya nəticəsində itirilmiş gəlirin 80 milyard dollarını kompensasiya etməyə kömək edəcək.

“Əgər onlar burada kriptovalyutadan dəyişdirmədən və ya vergi ödəmədən istifadə edə bilsələr, bu, onlar üçün əlverişli olacaq”, – deyə TAT-ın rəhbəri əlavə edib. Qeyd edək ki, hələki Tailandda kriptovalyuta rəsmi ödəniş vasitəsi deyil.

Pandemiya səbəbindən Tailand keçən aydan etibarən peyvənd edilmiş səyahətçilər üçün sərhədləri bağlayıb. Proqnozlara görə, ölkənin turizm sənayesi pandemiyadan öncəki səviyyəyə 2024-cü ildə qayıdacaq.

Son xəbərlər
Digər xəbərlər