Tailand peyvənd olunmuş turistlər üçün sərhədlərini açır

Tailand hökuməti növbəti 120 gün ərzində peyvənd olunmuş turistlər üçün sərhədlərini açmağı planlaşdırır. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın Baş naziri Prayut Çan-Oça məlumat verir.

“Mənim məqsədim 120 gün ərzində ölkəni açmaqdır. İki peyvənd vurdurmuş turistlər Tailanda karantindən keçmədən səyahət edə bilməlidirlər, – deyə Baş nazir söyləyib. – Ölkəni növbəti 120 gün ərzində aça bilməyimiz üçün mümkün qədər çox insan ən qısa müddətdə peyvənd olunmalıdır”.

Xatırladaq ki, mart ayında Tailand 1 iyuldan etibarən peyvənd olunmuş turistlərə Phuket adasını açdığını elan edib. Qeyd edildiyi kimi, indiyədək krallıqda yoluxmuş insanların ümumi sayı 204.5 min təşkil edib, onlardan 1.5 mini ölüb. Fövqəladə vəziyyət 31 iyul tarixinə qədər uzadılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.