Tailand uzunmüddətli turistlərə viza verməyə başlayacaq

Tailand ölkədə 90 – 280 gün arasında qalmağı planlaşdıran xarici turistlərə oktyabr ayından etibarən xüsusi viza verməyə başlayacaq. Qərar Tailandın baş naziri Prata Chan-Ocha tərəfindən qəbul edilib.

Banker.az xəbər verir ki, bu barədə hökumət nümayəndəsinə istinadən “Bloomberg” məlumat verib.

Bildirilir ki, ölkəyə gəldikdən sonra turistlər ilk 14 günü karantində keçirməli olacaqlar. Tailand hökuməti hər ay təxminən 1200 nəfərin bu cür vizalardan istifadə etməsini gözləyir ki, bu da dövlətə 1,2 milyard bat (38,5 milyon dollar) qazandıracaq.

Qeyd edək ki, uzunmüddətli turistlərə viza verməyə başlamaq qərarından sonra Tailandın bəzi şirkətlərinin səhmləri bahalaşıb. Özündə turizm və asudə vaxtla əlaqəli şirkətləri birləşdirən səbətdə şirkətlərin indeksi 4,5% artıb. “Еrawan Group” və “Central Plaza Hotel” otel operatorlarının qiymətli kağızları 8%-dan çox bahalaşıb.

Tailandın əsas məqsədi turizmdən asılı olan iqtisadiyyatını canlandırmaqdır. Agentlik vurğulayır ki, koronavirus pandemiyasından əvvəl xaricdən gələn qonaqlar ölkənin turizm sektorundan əldə etdiyi qazancın üçdə iksini təşkil edib. Ölkənin Mərkəzi Bankının böyük direktoru Don Nakorntaba söyləyir ki, sərhədlərin açılması riskli ola bilər, lakin bu addım buna dəyər.

Xatırladaq ki, Tailand sərhədlərin açılmasını keçən həftə təxirə salıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.