7 C
Baku
Friday, December 26, 2025

Tailand və Kamboca 27 dekabrdan etibarən atəşkəs barədə razılığa gəlib

Tailand və Kamboca hakimiyyət orqanları sabah qüvvəyə minəcək müvəqqəti atəşkəsin şərtlərini razılaşdırıblar. Bu barədə “Thai PBS” telekanalı məlumat yayıb.

Tailand hökumətinə yaxın mənbə telekanala bildirib ki, ilkin atəşkəs 72 saat davam edəcək. Rejimin uzadılması ilə bağlı sonrakı razılaşma Tailandın Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir.

Tailand və Kamboca arasında toqquşmalar dekabrın 8-də yenidən alovlanıb. Bir neçə gün sonra ABŞ prezidenti Donald Tramp tərəflərin döyüş əməliyyatlarını dayandırmaq və oktyabr ayında imzalanmış sülh sazişinə əməl etməyə qayıtmaq barədə razılığa gəldiklərini açıqlayıb. Dekabrın 24-də isə tərəflər atəşkəs rejiminin bərpası ilə bağlı danışıqlara başlayıblar.

Son xəbərlər
Digər xəbərlər