11 C
Baku
Monday, December 8, 2025

Tailand və Kamboca sərhədində yenidən hərbi toqquşmalar başlayıb

Tailand ordusu bildirib ki, Kamboca qoşunları reaktiv yaylım atəşi sistemləri vasitəsilə ölkənin ərazisini atəşə tutub. Öncə Kamboca Müdafiə Nazirliyi iddia etmişdi ki, tailandlı hərbçilər kambocalı əsgərlərə atəş açıblar. Xatırladaq ki. oktyabr ayında tərəflər sülh sazişi imzalamışdılar.

Kambocanın “Khmer Times” nəşrinin məlumatına görə, Kamboca Müdafiə Nazirliyi bildirib ki, 7 dekabr gündüz saatlarında baş verən hücuma cavab verilməyib və ordu vəziyyəti diqqətlə izləyib. Nazirliyin iddiasına görə, Kamboca hakimiyyəti insidentin araşdırılması üçün ASEAN-a müraciət edib.

26 oktyabrda Tailand və Kamboca ABŞ prezidenti Donald Trampın iştirakı ilə sülh sazişi imzalayıb. 11 noyabrda isə Banqkok müqavilənin fəaliyyətini dayandırdığını elan edib. Qərar iki tailandlı əsgərin hər iki ölkənin sərhədi yaxınlığında basdırılmış mina partlayışı nəticəsində yaralanmasından sonra qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər