Tailanda səfər edənlərdən koronavirusa qarşı peyvənd sənədi tələb olunacaq.
Bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Bu tələb yanvarın 9-dan etibarən reyslərlə gələn sərnişinlərə şamil ediləcək. Məhdudiyyət azı yanvarın sonuna qədər qüvvədə qalacaq.
2022-ci ilin oktyabrında turistlərin peyvəndi təsdiq edən sənədi göstərmə tələbi ləğv edilsə də, Çində koronavirusa yoluxma hallarının sayının artması fonunda bu məhdudiyyət yenidən qüvvəyə minib.
Eyni zamanda, yalnız Çindən gələnlər üçün giriş məhdudiyyətləri tətbiq edən bir sıra digər ölkələrdən fərqli olaraq, Tailand hakimiyyəti bunu bütün ölkələrə tətbiq edib.