16 C
Baku
Monday, October 14, 2024

Taksi sərnişinlərinin sığortasına dair qaydalar müəyyənləşdi

Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısı, uçot və hesabat qaydasına dəyişiklik edilib.

Banker.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə standart sığorta müqaviləsi üzrə, eləcə də ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə “İcbari sığortalar haqqında” qanun ilə müəyyən edilmiş məlumatlar Daxili İşlər Nazirliyi tərəfindən həmin qanunda nəzərdə tutulmuş informasiya sistemindən əldə ediləcək.

Eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na da dəyişiklik edilib.

Son xəbərlər
Digər xəbərlər