9 C
Baku
Thursday, December 12, 2024

Taksi şirkəti “Uklon Azərbaycan”a yeni rəhbər təyin edildi

Azərbaycanda fəaliyyət göstərəcək “Uklon” taksi şirkətinin yeni baş direktoru təyin edilib.

Banker.az xəbər verir ki, Ruslan Əliyev “Uklon Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru təyin edilib.

O, 2016-cı ildən bu günə qədər dövlətə məxsus olan “AzInTelecom” MMC-nin baş kommersiya inzibatçısı idi. Daha əvvəllər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərkosmos”da çalışıb.

“Uklon Azərbaycan” MMC 2023-cü ilin fevralında 100 min ABŞ dolları nizamnamə kapitalı ilə yaradılıb və Azərbaycanda çıxış edəcək 5-ci xarici kapitallı taksi şirkətidir. Belə ki, Ukrayna brendi olan “Uklon”nun adından çıxış edəcək.

Şirkət Azərbaycanda “PASHA Holding” MMC-nin tanınmış “Ummico” platforması (hüquqi adı: Competo MMC) ilə əməkdaşlıq edəcək.

“Uklon Azərbaycan” MMC ilk təsis edilərkən onun rəhbəri və ya qanuni təmsilçisi Xaqani Məmmədov Rüstəm oğlu idi.

 

Son xəbərlər
Digər xəbərlər