“Bolt” taksi şirkəti sürücülərə bildiriş göndərib.
Bildirişə əsasən, yanacaq xərclərinin artması səbəbindən bütün kateqoriyalar üzrə tariflər 10 faizə qədər artırılıb.
Maraqlıdır ki, taksi şirkəti bu artımın Bakıda çalışan taksi sürücülərinə şamil edilmədiyini bildirsə də, paytaxtda fəaliyyət göstərən sürücülər belə bir bildiriş aldıqlarını təsdiqləyiblər.
Sürücülər bildiriş aldıqlarını desələr də, bunun gediş haqqına təsir etmədiyini bildiriblər.
“Yango” şirkəti ilə çalışan taksi sürücüləri isə onlara belə bildirişin gəlmədiyini deyiblər.







