Ötən il Azərbaycanda fərdi sahibkarların avtomobil nəqliyyatı ilə (avtobus və taksi minik avtomobilləri) sərnişin daşınmasından əldə etdiyi gəlirlərin həcmi 598 389.3 min manat təşkil edib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat ilində fərdi sahibkarların sərnişin daşınmasına çəkilmiş xərclərinin həcmi 266 799.5 min manat olub.