9 C
Baku
Friday, December 13, 2024

“Taksilər varlılar üçündür” deyən məmur cəzalandırıldı: BNA-nın mövqeyi açıqlandı

Bakı Nəqliyyat Agentliyinin (BNA) hazırladığı taksi fəaliyyətinin tənzimlənməsinə dair layihə təklif xarakterli olub və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədini güdür.

Banker.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

“Layihənin həyata keçirilməsi nəticəsində, sərnişin təhlükəsizliyinin, sağlamlığının və rahatlığının daha yüksək səviyyədə təmin edilməsi, eyni zamanda, taksi sürücülərinin əmək şəraitlərinin yaxşılaşdırılması, sosial rifahının və gəlirlərinin artması, taksi fəaliyyətinə peşə kimi münasibətin formalaşdırılması, dempinqin üzərində qurulmuş rəqabətin keyfiyyət üzərində qurulmuş rəqabət ilə əvəzlənməsi, şəffaflığın təmin edilməsi, dövlət nəzarətinin gücləndirilməsi kimi məsələlərin həlli nəzərdə tutulur. Bununla da Nazirlər Kabinetinin 73 saylı qərarla müəyyən edilən tələblərin icrası təmin ediləcək.

Son günlər bazar iştirakçıları və vətəndaşlar tərəfindən layihə ilə bağlı çoxsaylı müraciətlər daxil olub və təkliflər irəli sürülüb. Agentlik daxil olan rəy və təklifləri də nəzərə almaqla layihənin üzərində yenidən iş aparılmasını qərara alıb. BNA-nın şöbə müdiri Hikmət Babayevin verdiyi açıqlamanın onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini bildirir və onunla bağlı müvafiq inzibati tədbirlərin həyata keçirildiyini bəyan edirik”, – deyə Agentlik bəyan edib.

Son xəbərlər
Digər xəbərlər