15 C
Baku
Saturday, April 20, 2024

Taksit kartının yaratdığı imkanlar

Bəzən elə olur ki, nə isə almaq istəyirik ancaq birbaşa həmin məbləği ödəyə bilmirik. Bu zaman plastik kartımızdan həmin məbləği çəkə bilərik. Ancaq xüsusi plastik kartlar var ki, taksit kart adlanırlar və bu növ kartları əldə etməklə istədiyimiz əşyanı, geyimi, məişət texnikası, mebel və s. alıb hissə hissə geri ödə bilərik.

Ancaq burda 1 nüans var ki, aldığınız mağaza ilə plastik kartınızın aid olduğu mağaza arasında əməkdaşlıq olsun. Əks halda mağazadan hissəli alış –veriş edə bilməyəcəksiz. Məsələn, siz plastik kartınızın aid olduğu bankla tərəfdaş olan ticarət/xidmət yerlərində (geyim, məişət texnikası, kompüter, telefon, mebel, restoran və s.) mal və xidmət alırsınız. Bu zaman aldıqlarınızın dəyərini kartınızla ödəyə bilərsiniz.

Bəs hissə-hissə ödəməyin hansı üstünlükləri var?

Hissə-hissə ödəmədə əsas üstünlük, birbaşa məbləği ödəməyiniz mümkün olmadıqda hissə-hissə ödəmə ilə həmin istədiyiniz əşyanı ala bilməyinizdir. Bundan başqa əksər hallarda aşağıdakıları aid etmək mümkündü:

  • Alış-veriş zamanı hissəli ödəmə;
  • Qiymətdə ola biləcək endirimlər;
  • Güzəşt müddəti və s.

İstifadə etdiyiniz məbləği bərabər hissələrlə ödəmək mümkündür. Bu vaxt heç bir əlavə faiz hesablanmır. Tərəfdaş mağazadan asılı olaraq 1, 3, 6 və ya 12 aya hissələrlə məbləğ ödənilə bilər. Əksər hallarda ayın 10-a qədər kartdan çəkilən məbləğ geri qaytarıldıqda heç bir faiz hesablanmır.

Bolkart ,Aykart,Albalı Kart vasitəsilə Siz bankın əməkdaşlıq etdiyi bütün mağazalarından alış –veriş edərək, hissə-hissə ödəmək imkanı əldə edə biləcəksiniz.

Aykart və Bolkart – taksit kartlarının üstünlükləri nədir?

Taksit kartları yəni hissə-hissə ödənişdə istifadə oluna biləcək kartlar siyahısına Aykart və Bolkart da aiddir. Aykart DəmirBankın məhsulu, Bolkart isə Bank of Bakunun məhsuludur. Bu kartlar vasitəsi ilə alış-veriş etdikdə hissə-hissə faiz ödəmə həyata keçirə bilərsiniz.

Bolkart və Aykartın əsas oxşar cəhətləri:

Hər iki kart pulsuzdur – yəni illik üzvlük haqqı yoxdur;

Hər iki kart üzrə günlük cərimə məbləğin 1% olaraq hesablanır;

Hər iki kartın istifadə müddəti 3 ildir;

Hər iki kartda növbəti ayın 10-a qədər borc ödənməlidir;

Hər iki kartı online sifariş etmək mümkündür.

World Cart üstünlükləri

  • Nağd pula ehtiyacınız olduğu zaman, Worldcardınızdan nağd avans çəkə bilər, 3-12 ay arası sabit hissə və çox uyğun faizlərlə rahat bir şəkildə geri ödəyə bilərsiniz.
  • Worldcardınıza bağlı şəkildə işləyən Virtual Worldcard, internet mühitində təhlükəsiz alış-veriş etmənizi təmin edər.
  • Əlavə Kart – İstəyinizə müvafiq olaraq, həyat yoldaşınız və ya 18 yaşından böyük olmaq şərti ilə ailə üzvləriniz, yaxud da yaxınlarınız üçün əlavə kart ala bilərsiniz.
  • World ilə Ölkədən Xaricdə Olan Xərclər- Worldcard istifadəçilərinin şəxsi istəyinə əsasən, Avro bölgəsindəki bütün əməliyyatlar üçün Avro valyutasından, qalan bütün digər ölkə xarici  əməliyyatlar üçün isə ABŞ Dolları valyutasında ibarət hesab bildirişi yaradılır və Worldcard istifadəçiləri borclarını bu pul vahidləri ilə ödəyə bilərlər.
  • Yapı Kredi Telefon Mərkəzi
  • SMS Məlumat Xidməti
  • Worldcardın Ünvana Çatdırılması
  • Poçt Vasitəsilə Hesab Bildirişlərinin Göndərilməsi
  • E-Mail Vasitəsilə Hesab Bildirişlərinin Göndərilməsi
  • SMS Bankçılıq
  • SMS Xəbərdarlıq

·         Virtual Kart – World Virtual kartla İnternetdə təhlükəsiz alış-veriş.

Bal gətirən kartın üstünlüyü nədir?

Bal gətirən kartların taksit kartlardan əsas üstünlüyü hissəsi alış-verişlə edərkən həm də balların qazanılmasıdır. Yəni alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya malların dəyərini müddətli, faizsiz olaraq hissə-hissə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür. Hissəli alış-veriş zamanı qazanılan ballar, bonuslar istifadəçiləri daha çox cəzb edir. Bonuslar Banklar və ya kartlar üzrə fərqlənə bilər, əsas məqam isə partnyorlar asılı olaraq faizlər fərqli ola bilər.

Məsələn 100 manatlıq alış veriş etdinizsə, 40 gün müddətində ödənildiyində faiz alınmır və onun 3% yəni 3 manatı bonus olaraq hesablanır.

Bal gətirən kartlara Yapı Kredi bankın – World kartdır, Unibankın – Albalı kart, Azərbaycan Sənayə Bankının isə Extra Cardını misal göstərmək olar.

World kart, Albalı kart, Extra Cardı birləşdirən əsas ortaq məqamlar üçün aşağıdakılara nəzər salın:

Hissə-hissə faizsiz ödəmə;

Alış-verişdə bal qazanmaq;

Yığılan ballardan istifadə.

World kart, Albalı kart, Extra kartları vasitəsi ilə siz partnyor şəbəkəsində edəcəyiniz alış-veriş zamanı bal və hissə-hissə ödəmə imkanlarından faydalana bilər, nəzərdə tutulmuş kampaniyalardan, imtiyazlı əlavə xidmətlərdən istifadə edə bilərlər. Alış-veriş zamanı ümumi məbləğin hər kart üzrə müxtəlif fazilər hesablanaraq bal qazanacaqsınız.

Albalı kartı – World kart və Extra Cardından fərqləndirən əsas məqamlar:

Kartın qiyməti – pulsuzdur;

Kartın istifadə müddəti – 3 il;

Kartın yenilənmə haqqı – 10 AZN;

Nağd çıxarılış – ancaq kampaniya müddətində

Komisyon haqqı – yoxdur;

Bonus – 1%-ə qədər bonus əldə edə bilərsiniz;

Zamin – tələb olunmur;

Yığılan bonuslar – kartı aldığınız filiallara yaxınlaşaraq pulu əldə edə bilərsiniz;

Bonus, aylıq hissəli ödəniş, endirimlər – partyordan asılı olaraq dəyişir.

 “Bonus sistemi”, PayKart nədir və “Payları” necə qazanmaq olar?

Bank Respublika-nın plastik kartına sahibsinizsə PayKart adlı bonus sistemindən istifadə edə bilərsiniz.

Plastik kartınızla partnyor şirkətlərin şəbəkəsində nağdsız qaydada alış-veriş edərkən, sistemin konkret partnyorundan asılı olaraq – hər alış-verişdə məbləğin 15%-dək sizə bonus şəklində “Pay” verilir. Bu “Pay”lar sizin plastik kart hesabınızda toplanılır. Toplanılmış “Pay”lar partnyor şirkətlərin şəbəkəsində alış-veriş edərkən istifadə oluna bilər. Ancaq yığılan paylarınızı nağd qaydada çıxa bilməzsiniz. Bonus hesabınızın yoxlamaq üçün bankomat, sms, mobilmank, pos terminaldan istifadə edə bilər və ya Bank filiallarına müraciət edə bilərsiniz.

Bank Respublika-nın bütün plastik kartları avtomatik olaraq bu sistemə qoşulub. Paylar qazanmaq üçün əməkdaş mağazadan alış-veriş edərkən, pay qazanmaq istədiyinizi bildirməniz kifayətdir. Əgər plastik kartınızla ödəniş edərkən pay qazanmaq istədiyinizi bildirməsəniz, bu zaman əlavə pay qazanmayacaqsınız.

Son xəbərlər
Digər xəbərlər