Banker.az monitorinq qrupunun növbəti araşdırma mövzusu taksit kartlar haqqındadır. Fərqli dövrlərdə bu bank məhsulu haqqında müxtəlif araşdırmaları Sizə təqdim etmişik. Kredit kartlarının bir növü olan taksit kartları əsasən alış-veriş məqsədilə istifadə olunur. Bu məhsulu təqdim edən Banklar əsasən faizsiz və hissə-hissə alış-veriş, xaricdə və online alış-veriş, bonus proqramları və s. özəlliklərini ön plana çıxarsa da bu tip kartların nağdlaşma imkanlarından da istifadə etmək mümkündür.
Xüsusilə vurğulamaq istərdik ki, bu əsasən alış-veriş zamanı istifadə üçün nəzərdə tutulduğu üçün nağdlaşma şərtləri bir o qədər də sərfəli deyil. Hətta bəzi taksit kartların bazara daxil olduğu ilkin dövrdə ümumiyyətlə nağdlaşma imkanı məhsulda nəzərdə tutulmamışdı. Sonradan Banklar müştərilərin bu istəklərini nəzərə alaraq öz taksit kartlarına bu funksiyanı əlavə etdilər.
Aşağıdakı cədvəldə Sizlərə Bankların təklif etdikləri taksit kartları üzrə nağdlaşma imkanları, yəni nağdlaşma limiti, komissiyası, illik faiz dərəcəsi və s. haqqında məlumatlar təqdim edilir:
Bank | Kart | Nağdlaşma limiti | Nağdlaşma komissiyası | İllik faiz dərəcəsi | Grace Period |
Bank of Baku | Bolkart Gənc | Limitin 25%-i | 1% (min.1 AZN) | 29% | Yoxdur |
Bolkart Ailə | Limitin 25%-i | 1% (min.1 AZN) | 29% | Yoxdur | |
Bolkart Gold | Limitin 25%-i | 1% (min.1 AZN) | 27% | Yoxdur | |
Bolkart Diamond | Limitin 25%-i | 1% (min.1 AZN) | 26% | Yoxdur | |
Yapıkredibank | Worldcard Classic | Limitin 50%-i | 1% (min.3 AZN) | 30% | Yoxdur |
Worldcard Gold | Limitin 60%-i | 1% (min.3 AZN) | 30% | Yoxdur | |
Worldcard Platinum | Limitin 100%-i | 1% (min.3 AZN) | 28% | Yoxdur | |
Kapital Bank | BirKart | Limitin 100%-i | 1.5% (min.2 AZN) | 25% | Yoxdur |
BirKart Cashback | Limitin 100%-i | 1.5% (min.2 AZN) | 25% | Yoxdur | |
Birkart Miles | Limitin 100%-i | 1.5% (min.2 AZN) | 25% | Yoxdur | |
Unibank | Albalı Plus Standart | Limitin 100%-i | 2% | 29% | Yoxdur |
Albalı Plus Gold | Limitin 100%-i | 2% | 30% | 40 günədək | |
ExpressBank | Smilecard _6% | Limitin 94%-i | 6% | 0% | Yoxdur |
Smilecard _12% | Limitin 88%-i | 12% | 0% | Yoxdur | |
Bank Respublika | Paykart | Limitin 30%-i (aylıq olaraq) | 2% (min.1 AZN) | 30% | Yoxdur |
NBC Bank | Maxi Card_6% | Limitin 94%-i | 6% | 0% | Yoxdur |
Maxi Card_12% | Limitin 88%-i | 12% | 0% | Yoxdur |
Xüsusi qeydlər:
- Nağdlaşma əməliyyatlarına güzəşt müddəti təqdim edən yeganə taksit kartı “Albalı Plus Gold” kartıdır. Nağdlaşdırılan vəsait növbəti ayın 10-dək faizsiz olaraq (2% komissiya əlavə olunmaqla) Banka geri qaytarıla bilər.
- Smile Card və Maxi Card növlərində illik faiz dərəcəsi yoxdur, lakin həm nağd həm nağdsız əməliyyatlarda birdəfəlik komissiya (6% və ya 12%) tətbiq olunur və istifadə edilmiş vəsait müvafiq olaraq 6 aya və ya 12 aya taksit şəklində bölünür.
- Müvafiq taksit kartlardan yalnız Smile Card, Maxi Card və Worldcard Classic kartları müştəriyə pulsuz verilir, digər kartlar üzrə birdəfəlik komissiya və ya illik xidmət haqqı tətbiq ediliir.