“Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib.
Bu barədə klubun rəsmi saytının açıqlamasında bildirilir. Lakin istefa səbəbi açıqlanmır.
Qeyd edək ki, Tale Heydərov “Qəbələ”nin prezidenti vəzifəsində fəaliyyətə 2006-cı ildə başlayıb. Klub onun dövründə iki dəfə – 2015-2016 və 2016-2017 mövsümlərində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Qırmızı-qaralar” 2013-2014, 2014-2015 və 2015-2016 mövsümlərində Azərbaycan Premyer Liqasında bürünc, 2016-2017 və 2017-2018 mövsümlərində isə gümüş medala yiyələnib.