2 C
Baku
Sunday, December 15, 2024

Taleh Kazımov: “Azərbaycanda banklararası təminatsız bazarın həcmi 6 dəfə artıb”

Bu il avqust ayına Azərbaycanda banklararası təminatsız bazarın həcmi ötən ilin sentyabr ayı ilə müqayisədə təxminən 6 dəfədən çox artaraq 787,5 milyon manatdan 4.9 milyard manata çatıb.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Global Finance”a müsahibəsində deeyib.

O bildirib ki, banklararası təminatsız bazarın inkişafı Mərkəzi Bankın əsas prioritetlərindən olub:

“Bu istiqamətdə 3 əsas məsələyə infrastrukturun inkişafı, iştirakçıların (bankların) bazarda fəallığının təşviq edilməsi və baza qısamüddətli faiz dərəcələrinin formalaşdırılmasına diqqət yetirdik. Hesab edirəm ki, bu sahədə çox şey əldə etmişik. Bu, banklararası pul bazarının bu seqmentində böyük perspektivin olduğunu göstərir.

Bundan başqa, təminatsız bazar üçün qısamüddətli etalon faiz dərəcəsi kimi AZIR indeksi formalaşdırılıb. Buna paralel olaraq banklararası təminatlı bazar da inkişaf etdirilib və bu məqsədlə AINA indeksi formalaşdırılıb.

Son məqsədimiz qısamüddətli faiz dərəcələrini pul siyasəti dəhlizi daxilində idarə edərək uzunmüddətli faiz dərəcələrinə təsir etməkdir”.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər