26 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

“Taliban”: “Əşrəf Qənini təqib etməyəcəyik”

Screen Shot 2021 09 02 at 14.34.20

“Əşrəf Qənini təqib etməyəcəyik”.

TASS xəbər verir ki, bunu Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasının nümayəndəsi Xəlil Ür-Rəhman Hakkani söyləyib.

Onun sözlərinə görə, “Taliban”la Əşrəf Qəni və vitse-prezident Əmirulla Saleh arasında düşmənçilik yoxdur: “Onlar Əfqanıstanda yaşaya bilərlər”.

Nümayəndə həmçinin Əfqanıstan xalqına çağırış edib. O, insanları təbliğata uymamağa və ölkəni tərk etməməyə çağırıb.

Hakkani etnik mənsubiyyətindən asılı olmayaraq hamının Əfqanıstanda sakit yaşaya biləcəyini əlavə edib: “Taciklər, bəluclar, puştunlar və həzaralar – hamısı bizim qardaşlarımızdır”.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər