8 C
Baku
Sunday, November 17, 2024

Taliban Əfqanıstan Milli Bankına yeni rəhbər təyin edib

Əfqanıstanda hakimiyyəti ələ alan radikal Taliban hərəkatı Şakir Cəlalini Milli Bankın yeni rəhbəri vəzifəsinə təyin edib. Banker.az xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin məlumat və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid məlumat verib.

Onun sözlərinə görə, Cəlalinin “islam bankçılığı üzdə doktorluq dərəcəsi var”.

Xatırladaq ki, bu ilin yazında ABŞ-ın silahlı qüvvələri Əfqanıstanı tərk edib. Bundan istifadə etmiş Taliban ölkə ərazisini öz nəzarəti altına alıb. Radikallar 15 avqustda Kabilə döyüşsüz daxil olub, prezident Əşrəf Qani isə Əfqanıstanı tərk edib. Sentyabrın 7-si Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.

Son xəbərlər
Digər xəbərlər