18 C
Baku
Bazar, Oktyabr 24, 2021

“Taliban” bütün ölkələri Əfqanıstandakı səfirliklərini geri qaytarmağa çağırıb

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” bu ölkədəki səfirliklərini bağlayan xarici dövlətləri yenidən Kabilə qayıtmağa çağırıb.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Məhəmməd Naim məlumat verib.

Qeyd edək ki, daha əvvəl ABŞ, Yaponiya və Hollandiyanın diplomatik missiyalarının Əfqanıstandan Qətərə köçürülməsi məlum olub. Hal-hazırda Almaniya da bu mövzunu müzakirə edir.

“Əlbəttə, çağırırıq. Kabildə təhlükəsizliyi təmin edirik. Bildirmək istərdim ki, baş verən dəyişikliklər zamanı heç bir səfirlikdə heç bir problem yaşanmayıb. Bu o deməkdir ki, vədlərimizi yerinə yetiririk və ölkəmizi müdafiə etməyi bacarırıq”, – deyə Məhəmməd Naim vurğulayıb. Onun sözlərinə görə, “Taliban” qonşu ölkələr və dünya ictimaiyyəti ilə dialoq aparmaq imkanına sahib olmaq istəyir.

Son xəbərlər
Oxşar xəbərlər