“Taliban” nümayəndə heyəti ilk dəfə BMT-nin Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak edəcək.
Bu barədə “Frans Press” agentliyi Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Qahar Bəlxiyə istinadən məlumat yayıb.
“Əfqan hökumətinin nümayəndə heyəti Bakıda olacaq”, – XİN nümayəndəsi bildirib.