11 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

Taliban dövründə Əfqanıstanın əsas gəlir mənbələri açıqlanıb

Taliban hərəkatının nümayəndəsi Zabihullah Mücahid Əfqanıstanın əsas gəlir mənbələrindən danışıb.

Banker.az xəbər verir ki, onun sözlərinə görə, indi ölkə vergi və rüsumlardan pul qazanır.

Lakin gələcəkdə Taliban mədənçıxarma işlərindən gəlir əldə etməyi planlaşdırır. Bundan əlavə, terrorçular Rusiyanın onlara müharibə illərində dağıdılmış Əfqanıstanı yenidən qurmağa kömək edəcəyini hesab edir.

“Büdcənin əsas gəlir mənbələri vergi və gömrük rüsumlarıdır. Gələcəkdə mədənçilikdən də gəlir əldə etməyi planlaşdırırıq”, – deyə hərəkatın nümayəndəsi söyləyib.

Xatırladaq ki, daha əvvəl Əfqanıstanın Taliban hakimiyyətinin səylərinə baxmayaraq çətin iqtisadi vəziyyətə düşdüyü məlum olub. Ölkənin durumu terrorçuların dövlət ehtiyatlarının yalnız 0.1 faizinə sahib olması ilə ağırlaşır – vəsaitlərin qalan hissəsi ABŞ tərəfindən dondurulub.

Bildirildiyi kimi, Əfqanıstan Mərkəzi Bankı ölkənin keçmiş məmurlarından təxminən 17 milyon dollar müsadirə edib. “Da Afghanistan Breshna Sherkat” korporasiyası onların mülkiyyətini qonşu ölkələrə borcları qaytarmaq üçün satmağı planlaşdırır. Qeyd edək ki, Əfqanıstanın Özbəkistan, Tacikistan, Türkmənistan və İran qarşısındakı borcu 62 milyon dollar olaraq qiymətləndirilir.

Son xəbərlər
Oxşar xəbərlər
X