Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hökumətinin Maliyyə Nazirliyi İranla bu ölkədən 350 min ton neft alınması ilə bağlı razılaşmanı əldə olunduğunu açıqlayıb.
Bu barədə “Aamaj News” agentliyi məlumat yayıb.
Maliyyə Nazirliyinin dərc etdiyi bülletendə deyilir ki, Tehranda aparılan danışıqlarda İranın dövlət neft-qaz şirkəti, Xarici İşlər Nazirliyi, Ticarət Nazirliyi, Mərkəzi Bank və Normalar və Standartlar departamentinin birgə nümayəndə heyətinin üzvləri iştirak ediblər.
Səfər zamanı İranın səhmdar cəmiyyəti ilə 350 min ton neftin alınmasına dair müqavilə imzalanıb və yaxın günlərdə onun Əfqanıstana idxalı prosesinə başlanılacaq.
Bundan əlavə, bu səfər zamanı “Taliban”ın nümayəndə heyəti İran rəsmiləri ilə neft məhsullarının alınması, keyfiyyəti, qiyməti və tranziti, eləcə də lazımi şəraitin yaradılması məsələlərini müzakirə edib.