Radikal “Taliban” hərəkatının lideri Haybatullah Axundzadə siyasi məhbusları Əfqanıstan həbsxanalarından azad etməyi əmr edib.
Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə taliblərin nümayəndəsi Kari Yusuf Əhmədi məlumat verib.
“İslam Əmirliyinin Ali rəhbəri şeyx Əl-Hədis Haybatullah Axundzadə (Hafizullah) bütün həbsxanalardan siyasi məhbusları sərbəst buraxılmasını əmr edib. Əyalət qubernatorları bütün aşağı və yüksək rütbəli siyasi məhbusları ölkə həbsxanalarından qeyd-şərtsiz azad edəcəklər və ailələrinə təhvil verəcəklər”, – deyə mesajda bildirilir.
Xatırladaq ki, 15 avqustda taliblər Kabula daxil olub. Eyni gündə Əfqanıstan prezidenti Əşrəf Qani istefa verərək ölkəni tərk edib. ABŞ prezidenti Co Bayden onun güclü dəstəyinə baxmayaraq, Əfqanıstan hökumətinin “Taliban”a təslim olduğunu söyləyib. O, qoşunları Əfqanıstandan geri çəkdiyinə görə peşman olmadığını əlavə edib.