Əfqanıstanda hakim olan Taliban hərəkatı ölkə rəsmilərinə qarşı “əsassız ittihamlar”ın dərcini qadağan edib. Qeyd olunur ki, bunu Taliban lideri Heybətullah Axundzadə deyib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Taliban hesab edir ki, məmurların tənqidi “cəmiyyətdə narahatlıq yaradır və düşmənlərə xeyir verir”. Qadağaya əməl etməyən hər kəsi cəza gözləyir, lakin hansı formada açıqlanmır. Yeni qayda təkcə vətəndaşlara deyil, həm də mediaya da aiddir.
Terror qruplaşması 2021-ci ilin avqustunda ABŞ qoşunlarını ölkədən çıxarılmasından sonra Əfqanıstanda hakimiyyəti ələ keçirib. Hələki heç bir dövlət Talibanın legitim olduğunu tanımayıb.