17 C
Baku
Çərşənbə axşamı, Sentyabr 28, 2021

Taliban Pəncşirə yeni qubernator təyin etdi

Screen Shot 2021 09 02 at 14.34.20

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı rəhbərliyi Pəncşir əyalətinə yeni qubernator təyin edib.

Bu barədə “Taliban”ın sözçüsü Hənəfi Vardak “Twitter”də bildirib.

“Mövləvi Qüdrətullah Pəncşirin yeni qubernatorudur, hazırda o, təhlükəsizliyi təmin etmək üçün bölgədədir”, – Vardak yayıb.

Onun sözlərinə görə, “Taliban” sakinlərin evlərinə təhlükəsiz qayıtmaları üçün əyalətdə hazırlıq işləri aparır. Həmçinin, təhlükəsizlik məqsədi ilə Pəncşirin müxtəlif yerlərinə 400-dən çox yaraqlı yerləşdirilib.

Xatırladaq ki, dünən “Taliban” Əfqanıstanın yeni hökumətinin tərkibini açıqladı.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Azvision.az
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər