26 C
Baku
Wednesday, July 2, 2025

“Taliban” Pəncşirdəki qüvvələrlə razılığa gəlib

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması və onlara tabe olmaqdan imtina edən Şimal Alyansı arasında razılaşma əldə olunub.

TASS xəbər verir ki, razılaşmaya əsasən, tərəflər bundan sonra bir-birinə qarşı hücum etməyəcəklər.

Bildirilib ki, razılaşmanın Əfqanıstanda “Taliban”ın nəzarətində olmayan yeganə vilayət olan Pəncşirdə toqquşmaların qarşısını alması gözlənilir.

Qeyd edək ki, Pəncşirdə Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Saleh və Əhməd Məsudun müqavimət qüvvələri toplaşıb.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər