26 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

“Taliban” Türkiyə əsgərlərinin Əfqanıstandan çıxarılmasını tələb edir

Screen Shot 2021 09 02 at 14.34.20

“Taliban” hərəkatı Türkiyə əsgərlərini Əfqanıstanda görmək istəmədiyini açıqlayıb.

RİA “Novosti”in verdiyi xəbərə görə, “Taliban”ın rəsmi nümayəndəsi Zabihullah Mücahid bildirib ki, “Taliban” Türkiyə ilə yaxşı münasibət istəsə də, Əfqanıstanda türk əsgərlərini görmək istəmirlər: “Biz Türkiyə ilə yaxşı münasibətlər istəyirik, amma əsgərlərinin Əfqanıstanda olmasını istəmirik”.

“Taliban” Kabil hava limanının təhlükəsizliyini müstəqil olaraq təmin edəcəyini açıqlayıb.

Qeyd edək ki, “Taliban” hərəkatı Kabil Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb, aeroporta yalnız əcnəbilər buraxılır.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:APA
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər