“Taliban” Türkiyə hərbçilərinin də Əfqanıstanı tərk etməsini tələb edir

Doha sazişinə əsasən NATO müttəfiqi olan Türkiyə də Əfqanıstandan çıxmalıdır.

Bu barədə “Taliban” sözçüsü Suhail Şahin bildirib.

“Son 20 ildə Türkiyə də Əfqanıstanda NATO qüvvələrinin bir hissəsi idi, buna görə də 2020-ci il fevralın 29-da ABŞ-la imzaladığımız saziş əsasında bu ölkənin qüvvələri də Əfqanıstandan çəkilməlidir. Türkiyə böyük bir İslam ölkəsidir, Əfqanıstanın bu ölkə ilə tarixi əlaqələri olub. Gələcəkdə ölkədə yeni bir İslam hökuməti qurulan kimi Türkiyə ilə yaxın və yaxşı münasibətlər qurmağa ümid edirik”, – deyə Taliban sözçüsü deyib.

Türkiyə Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamenti hələlik məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, ABŞ və koalisiya qüvvələrinin Əfqanıstandan çıxmasından sonra Kabil hava limanını qorumaq və idarə etmək üçün Ankaranın təklif irəli sürdüyü və bu təklifin Əfqanıstan hökuməti tərəfindən müsbət qarşılanması barədə məlumatlar yayılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.