Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban”, Rusiya da daxil olmaqla daha beş ölkəni yeni hökumətin tərkibinin açıqlanmasına həsr olunmuş tədbirə dəvət edib.
Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalına istinadən hərəkatın adı çəkilməyən nümayəndəsi məlumat verib.
“Biz Türkiyə, Çin, Rusiya, İran, Pakistan və Qətərə yeni hökumətin tərkibini açıqlanması tədbirində iştirak etmək üçün dəvət göndərdik”, – deyə mesajda bildirilir.