21 C
Baku
Friday, July 1, 2022

“Taliban”ın gəlişindən sonra tiryək 3 dəfə bahalaşıb

“Taliban”ın gəlişindən sonra Əfqanıstanın qara bazarında tiryək təxminən 3 dəfə bahalaşıb.

Banker.az xəbər verir ki, hal-hazırda bu narkotikin 1 kilosu 100 dollara satılır. Qeyd edək ki, Avropanın qara bazarında 1 qramın qiyməti 50 dolları keçmir. Hakimiyyətə gələndən sonra taliblər ölkənin narkotikdən azad olacağı barədə açıqlama veriblər ki, bu da tiryəkin bahalaşmasına səbəb olub.

Bundan əlavə, qiymətə həm də sərhədlərin bağlı olması və ölkədəki qeyri-sabit vəziyyət təsir göstərib. “Alıcılar yaxınlaşan qıtlığa hazırlaşırlar, buna görə də qiymətlər sürətlə artır”, – deyə tacirlərdən biri jurnalistlərə bildirib.

“Taliban”ın bəyanatından sonra beynəlxalq mafiya qısa zamanda ölkədən külli miqdarda narkotik çıxarıb. Belə ki, təkcə sentyabr ayında gömrük işçiləri Hindistanın Qucarat əyalətinin limanında üç ton heroin aşkar ediblər.

“Financial Times” qəzetinin verdiyi məlumata görə, “Taliban” son 20 ildə qazancının böyük hissəsini yanacaq və siqaretə qanunsuz vergilərdən əldə edilib. Opium, heroin və metamfetamin ticarəti də terror təşkilatına pul qazandırıb.

ABŞ-ın ölkəyə nəzarəti dövründə narkotiklə mübarizəyə təxminən 9 milyard dollar xərclənməsinə baxmayaraq, Əfqanıstan dünyanın ən böyük opium istehsalçısı olaraq qalır. 2015-ci ildən 2020-ci ilə qədər qlobal tiryək istehsalının 83%-i bu ölkənin payına düşür.

“Taliban”ın hakimiyyətə gəlişindən sonra əksər xarici səfirliklər bağlandığı üçün qara bazar daha da böyüyüb. Qanunsuz sənədlərin qiymətləri on qat artıb. Xatırladaq ki, 2021-ci ilin yazında ABŞ qoşunlarını Əfqanıstandan çıxardığını elan edib. Bu açıqlamadan sonra 1996-2001-ci illərdə ölkəni idarə edən “Taliban” hərəkatı Əfqanıstan ordusuna hücum edib.

15 avqustda terrorçular Kabilə döyüşsüz giriblər, hakimiyyəti ələ keçiriblər və bunu “azad olunma” adlandırıblar. Əfqanıstanın prezidenti Əşrəf Qani istefa verib və ölkədən qaçıb.

Son xəbərlər
Oxşar xəbərlər