Əfqanıstan prezidenti Əşrəf Qani istəsə, ölkəyə qayıda bilər. O, təqib olunmayacaq.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə radikal “Taliban” hərəkatının nümayəndələri açıqlama verib.
Bundan əlavə, vitse-prezident Əmrullah Saleh və təhlükəsizlik müşaviri Həmdullah Möhibə də əfv veriləcək.
“Biz generaldan tutmuş sıravi insana qədər olan hər kəsi bağışlayırıq”, – deyə hərəkatın nümayəndələrindən biri söyləyib. O, “Taliban”la Əfqanıstanın keçmiş hakimiyyəti arasında “düşmənçiliyin olmadığını” bildirib.