24 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Taliblərin gəlir mənbəyi açıqlanıb – Financial Times

Screen Shot 2021 09 02 at 14.34.20

“Financial Times” taliblərin gəlir mənbələrini açıqlayıb. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, son 20 ildə silahlılar nəinki narkotik ticarətini həyata keçiriblər, həmçinin “parazitar kölgə administrasiya” idarəsi ilə məşğul olublar.

Qəzetin yazdığı kimi, taliblər gəlirin əhəmiyyətli hissəsini opium, heroin və metamfetamin satışından əldə edirlər. Lakin daha böyük qazanc onlara yanacaq və siqaret satışına qoyulan qeyri-qanuni vergilər gətirir. Bununla yanaşı, terrorçular təbii sərvətlərin qanunsuz şəkildə çıxarılması ilə məşğuldurlar.

Böyük Britaniyanın “Overseas Development Institute” analitika mərkəzinin məsləhətçisi Devid Mensfildin sözlərinə görə, “Taliban”ın əsas gəlir mənbəyi qanuni mallara tətbiq olunan vergidir. “Narkotiklər, bir çoxlarının iddia etdiyi kimi, taliblər üçün əhəmiyyətli maliyyə mənbəyi deyil”, – deyə mütəxəssis bildirib.

Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra “Taliban” dövlət işçilərinə əməkhaqqının ödənilməsi və ümumilikdə, dövlət qurumlarının fəaliyyətinin bərpa edilməsi problemi ilə üzləşib. Nəşr əfqanların ölkənin keçmiş prezidenti Əşrəf Qaninin hökumətdəki korrupsiya səbəbindən talibləri dəstəkləyidiyini yazır.

“Taliban”ın rəsmi nümayəndəsi Zabihullah Mücahid daha əvvəl bildirib ki, təşkilat narkotik qaçaqmalçılığından əl çəkmək və ölkənin “iqtisadiyyatını canlandırmaq” niyyətindədir. Bununla yanaşı, Zabihullah Əfqanıstanın narkotik əvəzinə “başqa məhsullara” sahib olması üçün beynəlxalq birliyin ona kömək etməli olduğunu söyləyib.

“Əfqanıstan xalqı köməyə ehtiyac duyacaq, çünki taliblər bürokratiyası ilə işləmək asan olmayacaq”, – deyə o əlavə edib.

Daha əvvəl hesablandığı kimi, Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” kriminal sənayedə qazandığı 0.3-1.6 milyard dolları nəzərə almasaq, 20 milyard dollarlıq iqtisadiyyata sahib olacaq.

Xatırladaq ki, Əfqanıstandakı vəziyyət son həftələrdə “Taliban” hərəkatının fəallaşması nəticəsində gərginləşməyə başlayıb. Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk edib.16 avqustda “Taliban” nümayəndəsi Məhəmməd Naim isə Əfqanıstandakı müharibənin başa çatdığını açıqlayıb.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər