9 C
Baku
Thursday, December 12, 2024

Talıbovlar ailəsi bankın səhmlərini digər şəxslərə ötürməmiş ₼14 milyonluq dividend götürüblər

“Naxçıvanbank” ASC 2023-cü ilin yanvarın sonu köhnə səhmdarlarına dividend elan edib və onu ödəyib. Bir gün sonra yeni səhmdarlar açıqlanıb.

Banker.az bu barədə məlumat əldə edir.

Qeyd edilir ki, 31 yanvar 2023-cü il tarixində Bank bölüşdürülməmiş mənfəətindən 14 milyon 59 min manat məbləğində dividendlər elan edib və ödəyib.

2023-cü ilin 31 yanvarına qədər “Naxçıvanbank” tam şəkildə Muxtar Respublikanın Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailəsinə məxsus idi. Belə ki, onun oğlu Rza Talıbov bankda 63.66%, digər oğlu Seymur Talıbov 20.48%, qızı Baharxanım Talıbova 9.82%, həyat yoldaşı Sevil Sultanova isə 6.04% paya malik olub.

34243243

2023-cü ilin 1 fevralından isə səhmdarlar dəyişib və yeni siyahıya əsasən bankın səhmlərinin 63.66%-i Hüseyn Məmmədova, 26.52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9.82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsus olub.

1 fevral 2023-cü il tarixinə:

2133

Bankın konsolidə edilmiş hesabatında 2022-ci ili 14 milyon 320 min manat xalis mənfəət əldə etdiyi açıqlanır. 1 yanvar 2023-cü il tarixinə bankın balansında 16 milyon 724 min manat bölüşdürülməmiş mənfəət olub.

Son xəbərlər
Digər xəbərlər