27 C
Baku
Saturday, July 27, 2024

“Bank sektorunda yoxlamalar tam yekunlaşmayıb”

“Biz bankları tam şəkildə yoxlayıb başa çatdırmamışıq.”

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Elman Rüstəmov qeyd edib ki, ancaq ilkin olaraq kapitalın qiymətləndirilməsi həyata keçirilib. Əgər bu olmasaydı, yəqin ki 4 bankın siyahısı geniş olardı”.

“Sektorda yalnız ilkin yoxlama aparılıb. Tam yoxlama olsa yəgin ki, məlum 4 bank (“AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank”) kimi bankların sayı çox olar. Onu da deyim ki, hazırda bankların saytlarında olan hesabatlara müəyyən qədər inanmaq olar”, – deyə o, qeyd edib

Son xəbərlər
Digər xəbərlər