Banker.az saytının verdiyi məlumata görə, Yunanıstanın Piraeus Bank bankı heç bir əməkdaşı olmayan və tamamilə avtomatlaşdırılmış bank bölməsinin açılması haqqında məlumat verib. Bank əməkdaşları iş saatlarında bank məhsullarına və “elektron” bölmələrin iş xüsusiyyətləri haqqında kənar rejimdə məsləhətlər verə bilər.
Bu bölmələrdə nağd pullarla əməliyyatlar üçün bankın digər bölməsində olan bank əməkdaşı ilə əlaqə yaratmaq üçün videoxidmət imkanı verən kassa terminalları quraşdırılıb.
Bölmələrdə quraşdırılan terminallar fərdi şəkildə bank kitabçasını yeniləməyə və internet-bankda qeydiyyatdan keçməyə imkan verir. Bölmədə yaradılmış xüsusi hissədə müştərilər internet-bankçılığa çıxışı olan kompüter və planşetlərdən istifadə edə bilər.
Ənənəvi bank bölmələri ilə müqayisədə bu yeni filiallar daha uzun müddət davam edən iş saatına sahibdir və şənbə günləri də işləyir.