12 C
Baku
Saturday, November 23, 2024

TamGənc kartı ilə gəncliyini TAM yaşa!

®Müasir, universal və faydalı bank məhsulları ilə müştərilərini daima sevindirən ABB bu dəfə gənclərin istifadəsi üçün yeni məhsulunu təqdim edib. 18-25 yaş arası gənclərin faydalanacağı TamGənc kartı öz üstünlükləri ilə cavan nəslin nümayəndələri üçün bir çox bank xidmətlərindən müxtəlif güzəştlərlə yararlanmaq imkanı təklif edir.

Yeni TamGənc kartı sahibləri ölkədaxili kartlara 2000 AZN-dək köçürmə və
ölkədaxili ATM-lərdə 5000 AZN-dək nağdlaşdırma əməliyyatlarını həyata keçirərkən
heç bir komissiya haqqı ödəməyəcəklər.

Bankın təqdim etdiyi yeni kart məhsulu ilə hesabda olan pul qalığına illik 6%-
dək gəlir, həmçinin marketlər, restoranlar, elektronika və geyim mağazaları, yanacaq
doldurma məntəqələrində alış-veriş zamanı keşbek əldə etmək mümkündür. Bir sıra
məkanlarda isə TamGənc kartı ilə ödəniş zamanı keşbek qazancı 5% təşkil edir. Bura
kitab mağazaları, muzeylər, taksi və nəqliyyat xidmətindən istifadə və musiqi
platformalarında aparılan ödənişlər aiddir.

18 yaşını qeyd edən gənclər üçün isə daha bir sevindirici məqam var. Beləki,
həmin gənclər doğum günü tarixlərindən etibarən 30 gün ərzində TamGənc kartı
məhsulu üçün müraciət etdikdə, kartı tamamilə pulsuz əldə edirlər*.

“Gəncliyini Tam Yaşa!” şüarı ilə buraxılan yeni TamGənc kartı məhsulu öz
üstünlükləri ilə gənclərin aktiv həyat tərzinə xitab etməklə onların asan və rahat
bankçılıq xidmətlərindən yararlanması üçün nəzərdə tutulub. TamGənc kartının
sifarişi onlayn qaydada bu link vasitəsilə və ya ABB Mobile tətbiqi ilə mümkündür.

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri
ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet
səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook”
səhifəsindən əldə etmək olar.

*ödənişsiz kart yalnız Bankın filial və şöbələrindən əldə edilə bilər.

Son xəbərlər
Digər xəbərlər