36 C
Baku
Tuesday, August 16, 2022

TANAP bu tarixdən tam işə düşür – Nazir açıqladı

“İndiyə qədər Trans Adriatik Boru Xətti (TAP) boru kəməri ilə 9.2 milyard kubmetr Azərbaycan qazı Avropa bazarına tədarük edilib”.

Banker.az xəbər verir ki, bunu Reporta müsahibəsində Energetika naziri Pərviz Şahbazov “Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri nə zaman tam gücü ilə fəaliyyətə başlaya bilər? Bu il üçün nəqletmə proqnozu nə qədər olacaq?” sualını cavablandırakən deyir.

Nazir qeyd edir ki, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istismara veriləndən indiyə kimi Türkiyəyə 14,7 milyard kubmetr qaz tədarük edilib. Ötən il avropalı istehlakçılar TAP üzərindən 8.1 milyard kubmetr həcmində Azərbaycan təbii qazı ilə təchiz edilib.

“2022-ci il üçün 9 milyard kubmetrdən çox qazın Avropaya ixracı proqnozlaşdırılır. 2023-cü ildə TAP-ın tam gücü ilə işləyəcəyi gözlənilir. TAP ilə ən çox təbii qaz İtaliya bazarına nəql olunub. Ötən il İtaliyaya 6.9 milyard kubmetr qaz tədarük edilib. 2022-ci ildə isə bu ölkəyə 7.4 milyard kubmetr Azərbaycan qazının ixracı proqnozlaşdırılır- deyə, o bildirir.

Son xəbərlər
Oxşar xəbərlər