21 C
Baku
Saturday, May 4, 2024

TANAP ilə Avropaya 2.42 mlrd. kubmetr əlavə qaz həcmləri tədarük edilib

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istismara başlanan gündən 2023-cü ilin mayın 27-dək bu kəmərlə 46.08 milyard kubmetr həcmində Azərbaycan təbii qazı nəql edilib.

Bunu TANAP Konsorsiumunun Baş direktoru Saltuk Düzyol bildirib.

Onun sözlərinə görə, tədarük edilən təbii qazın 21.93 milyard kubmetri Türkiyəyə, 24.15 milyard kubmetri isə Avropaya nəql edilib.

S. Düzyol bildirib ki, Avropaya tədarük edilən təbii qazın 2.42 milyard kubmetri əlavə qaz tədarükü üçün verilib: “Hazırda TANAP-ın genişləndirilməsi ilə bağlı işlər davam etdirilir. Boru kəmərinin mühəndislik çalışmaları davam etdirilir”.

O qeyd edib ki, qaz alıcıları, qaz satıcıları şirkətləri arasında alqı-satqı müqavilələrinin imzalanmasını gözləyirik: “Bundan sonra qaz-tranzit anlaşmaları yenilənəcək. Boru kəmərinin genişləndirilməsi üzrə investisiya qərarları verildikdən sonra yatırımların başlanılmasına start veriləcək”.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər