7 C
Baku
Thursday, December 12, 2024

TANAP ilə nəql edilən qazın həcmi 50 mlrd. kubmetrə çatacaq

Yaxın aylarda Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə nəql edilən qazın həcmi 50 mlrd. kubmetrə çatacaq.

Bunu TANAP Konsorsiumunun Baş direktoru Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, istifadəyə veriləndən indiyədək kəmər vasitəsilə 46 mlrd. kubmetrdən artıq qaz nəql olunub.

Saltuk Düzyol onu da qeyd edib ki, TANAP ilə nəql edilən qazın 24.15 mlrd. kubmetri Avropa, qalan 21.93 mlrd. kubmetri isə Türkiyəyə nəql edilib.

Kəmərin genişləndirilməsi məsələsinə toxunan Saltuk Düzyol əlavə edib ki, hazırda bu sahədə işlər davam etdirilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər